Nadir Qafarzadədən SƏRT SÖZLƏR:

"Elgizlə izlə" proqramında evlənən Qoçəli və Həqiqət cütlüyünün övladının olacağı müzakirələr yaradıb.

Metbuat.az xəbər verir ki, müğənni Nadir Qafarzadə sosial şəbəkə hesabında 65 yaşlı Həqiqət xanımın yenidən ana olmasını qınayıb. O cütlüyün görüntülərini paylaşaraq kəskin şəkildə tənqid edib:

"Deyəsən siz çox qabağa getmisiniz, mən geridə qalmışam. Qocası xəstə, cavanı, xəstə bəs sağlamı kimdir? Sahibsizlik! Cavanları heç qınamıram, qocalar lap ağını çıxarıblar. Allah, köməyimiz olma! Uşaqlarıma demişəm, mən qocalanda telefonu əlimdən alsınlar. Ay Allah, ağlımı alınca, canımı al!".

Xatırladaq ki, ARB telekanalında yayımlanan "Elgizlə izlə" proqramında evlənən Qoçəli və Həqiqət cütlüyünün övladı dünyaya gələcək. Bu barədə aparıcı Elgiz Əkbər bildirib. O, 65 yaşlı Həqiqət xanımın hamilə olduğunu deyib. O, cütlüyü təbrik edərək onlara gözaydınlığı verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR