İtaliyanın nəhəng klubundan Musa Qurbanlıya təklif

“Qarabağ”ın futbolçusu Musa Qurbanlı İtaliyanın “Torino” klubunun idman direktoru Davide Vaqnatın əsas transfer hədəfidir.

Metbuat.az xəbər verir ki, bu barədə yerli “footballnews24.it” saytı məlumat yayıb.

Bildirilib ki, gənc və maraqlı profillər axtarışında olan klubun skaut şöbəsinin rəhbəri hücum xəttini Azərbaycan millisinin üzvü ilə gücləndirməkdə maraqlıdır. Xviça Kvaratsxeliyanın “Napoli”dəki parlaq çıxışını nəzərə alan Davide Vaqnat daha bir qafqazlının A seriyası üçün yeni kəşf olacağına inanır.

Qeyd edək ki, cari mövsüm Premyer Liqada 20 qolla bombardirlər yarışına başçılıq edən Musa Qurbanlının “Qarabağ”la müqavilə müddəti 2026-cı ilin yayına qədərdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR