Aprelin 12-də Naxçıvan Beynəlxalq Hava Limanında şəhid Səbuhi Tağıyevin cənazəsinin qarşılanma mərasimi olub.

Metbuat.az xəbər verir ki, mərasimdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, dövlət və hökumət nümayəndələri, şəhidin ailə üzvləri tədbirdə iştirak ediblər.

Bundan sonra şəhidin cənazəsi Şahbuz rayonunun Badamlı qəsəbəsinə yola salınıb.

S.Tağıyev həmin qəsəbənin qəbiristanlığında dəfn olunacaq.

Bir 16 nəfər şəkili ola bilər