Türkiyədə “Beşiktaş” və İspaniyanın “Atletiko” (Madrid) komandaları arasında xeyriyyə oyunu keçirilib.

Metbuat.az xəbər verir ki, matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0.

"Beşiktaş"ın qələbə qollarını 25-ci dəqiqədə Jedson Fernandeş və 88-ci dəqiqədə Kevin Nkudu vurub.

Qeyd edək ki, oyundan əldə olunacaq gəlir zəlzələdən əziyyət çəkənlərə göndəriləcək.