Sarayevoda İlham Əliyevin şərəfinə rəsmi nahar verilib

Aprelin 13-də Sarayevoda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə Bosniya və Herseqovinanın Rəyasət Heyəti tərəfindən rəsmi nahar verilib.

Metbyar.az xəbər verir ki, nahardan sonra Prezident İlham Əliyevə xizək hədiyyə edilib.

Bildirilib ki, tamamilə əl işi olan bu xizəyin orijinalını 1984-cü ildə Sarayevoda keçirilmiş Qış Olimpiya Oyunları zamanı bosniya və herseqovinalı idmançı istifadə edib. Bu hədiyyə məxsusi olaraq Prezident İlham Əliyev üçün hazırlanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR