Ukrayna bu görüntülərə görə AYAĞA QALXDI:

Bir neçə gün öncə sosial şəbəkələrdə əsir düşən Ukrayna əsgərlərinin diri-diri öldürülməsini əks etdirən dəhşətli kadrlar yayılıb.

Metbuat.az xəbər verir ki, Kreml yönümlü bir blogger tərəfindən paylaşılan görüntülərdə rus əsgərləri tərəfindən ukraynalı əsgərin başını kəsdiyi görünür. Videoda müəyyən edilə bilən əlamətlər olmadığından kadrların dəqiq harada çəkildiyi bəlli deyil. Əsgərlərin meşəlik ərazidə olduğu görünür. Görüntülərdə yarpaqların vəziyyəti isə Ukraynadakı mövcud hava şəraitini əks etdirmir. Fərziyyələrə görə kadrlar hücumun keçən yay baş verdiyi iddiası istiqamətindədir. Bu görüntülər barədə Ukrayna prezidenti Vladimir Zelenski də münasibət bildirib. Ukrayna prezidenti deyib ki, edilənlər üçün hüquqi məsuliyyət olacaq.

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba “Twitter” səhifəsində Rusiyanı “İŞİD-dən daha pis” adlandıraraq dəhşətli hərəkəti pisləyib. O, həmçinin Rusiyanı cinayətlərinə görə cavabdeh olmağa çağırıb.

Qeyd edək ki, Ukraynanın dövlət təhlükəsizlik xidməti video ilə bağlı araşdırmaya başlayıb. Öz növbəsində Ukraynanın ombudsmanı Dmitri Lubinets BMT-nin İnsan Haqları Komitəsindən də bu görüntülər ilə bağlı araşdırılma aparmasını istəyib.

Avropa İttifaqının sözçüsü Nəbilə Massralı bildirib ki, əgər video təsdiqlənərsə, bu, Rusiya təcavüzünün qeyri-insani mahiyyəti haqqında daha bir qəddar xatırlatma olacaq.

Yayılan görüntülərə Kremlin reaksiyası da gecikməyib. Kreml videonu dəhşətli adlandıraraq və onun həqiqiliyinin yoxlanılması istiqamətində araşdırılma aparılmasının vacibliyi vurğulayıb. Məlumata görə, artıq Rusiya Baş Prokurorluğu video ilə bağlı lazımı araşdırmalara başlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR