Arda Turan bu kluba baş məşqçi təyin olundu

"Qalatasaray"ın sabiq futbolçusu Arda Turan baş məşqçiliyə başlayıb.

Metbuat.az xəbər verir ki, 36 yaşlı keçmiş yarımmüdafiəçi 1-ci Liqada çıxış edən "Eyüpspor"un sükanı arxasına keçib.

Qeyd edək ki, Arda Turan ötən il karyerasını başa vurub. O, ölkəsində “Qalatasaray”, “Manisaspor” və “Başakşehir”, İspaniyada isə “Atletiko” (Madrid) və “Barselona” klublarının da formasını geyinib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR