Dəfn edib, yas tutmuşdular: İki il əvvəl “ölən” şəxs evinə qayıtdı -

Hindistanda iki il əvvəl koronavirus səbəbilə öldüyü açıqlanan və onun üçün dəfn mərasimi təşkil edilən Kamleş Patidar evinə qayıdıb.

Metbuat.az xəbər verir ki, Patidarın qohumu bildirib ki, Kamleş Patidar iki il əvvəl Qucarat Dövlət Xəstəxanasına aparılıb. Xəstəxanadan onlara Kamleş Patidarın öldüyü bildirilib və Patidarın olduğu deyilən cəsəd təhvil verilib. Məlumata görə, öldüyü güman edilən şəxs iki ildən sonra xalasının qapısını döyüb. Patidarın ailə üzvləri və yaxınları heyrətə gəliblər. Kamleş Patidarın iki il ərzində harada olduğu barədə hələlik məlumat verilməyib.

Polis Kamleş Patidarın ifadəsi alınandan sonra hadisənin detalları barədə ictimaiyyətə açıqlama veriləcəyini bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR