​Tehran universitetinin tələbələri aksiya keçirdi

Tehran universitetinin tələbələri məktəblərdə məcburi hicab tətbiqinə və tələbələrin kütləvi şəkildə zəhərlənməsinə etiraz ediblər.

Metbuat.az xəbər verir ki, yerli teleqram səhifələrinin məlumatına görə, etirazçılar bildiriblər ki, mühafizə hicab qaydalarına əməl etmədiyi üçün bəzi tələbələrin universitetə daxil olmasına imkan icazə verməyib. Universitetin Psixologiya və Pedaqoji Elmlər fakültəsinin tələbələri məcburi hicab tətbiqinə və intizam şurasının cəza qərarlarına qarşı oturaq aksiya keçiriblər. Aksiyalara digər fakültələrin tələbələri dəstək verib. Polis etirazçılara müdaxilə etməyib.

Qeyd edək ki, Daxili İşlər və Ədliyyə Nazirliyininin açıqlamalarına görə, məcburi hicab qaydasını pozanlara qarşı tədbir görüləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR