Mənsimovdan Firuzə İbadova ilə bağlı paylaşım:

Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimov Əməkdar artist Firuzə İbadova ilə fotosunu yayımlayıb.

Metbuat.az xəbər verir ki, biznesmen müğənninin onu ziyarətə gəldiyini bildirib:

"Görkəmli sənətkar Şövkət Ələkbərovanın ilk tələbəsi Firuzə İbadova qonağım olub. Firuzə xanım əsl kişi xasiyyətli insandır. Həbsdə olduğum müddətdə Firuzə xanım məni yalnız buraxmadı, dəstək olmaq üçün bilet alıb İstanbula gəldi. Saxlandığım həbsxananın qarşısında saxta ittihamlarla həbsimə etiraz səsini ucaltdı. Firuzə xanım mənimlə bağlı bütün məhkəmə proseslərində iştirak edib. Belə mərd, sədaqətli insandır, Firuzə xanım. Gözəl və mərd Azərbaycan xanımı".



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR