Prezidentin ifası hamını təəccübləndirdi -

Cənubi Koreya prezidenti Yoon Suk Yeol Ağ Evdə şam yeməyi zamanı Don Makklinin klassik mahnısı olan "Amerikan pastası"nı ifa edib.

Metbuat.az xəbər verir ki, 1971-ci ilə aid mahnını gözlənilməz bir performansla ifa edən Yoon, məktəbdə olarkən "Amerikan Patası”nın ən çox sevdiyi mahnılardan biri olduğunu bildirib. Yoon pianonun müşayiəti ilə mahnını zümzümə edib.Yoonun gözlənilməz çıxışı ayaqda alqışlanıb. Həmkarının ifasından təəccübləndiyini gizlətməyən Co Bayden Yoona “Sənin oxuya bildiyini bilmirdim” deyib. Bayden qonaq prezidentə şam yeməyinə gələ bilməyən Maklinin göndərdiyi akustik gitara hədiyyə edib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR