Sahibə Qafarova Məclisə "Togg"la getdi -

Türkiyədə işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova ilk yerli elektromobil olan "Togg"a minib.

Metbuat.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin (TBMM) rəhbəri Mustafa Şentopun idarə etdiyi avtomobildə Azərbaycan, Qazaxıstan və Qırğızıstanın parlament sədrləri qaldıqları hoteldən TBMM-ə gediblər.

"Togg"a minən Sahib Qafarova da avtomobil haqqında fikirlər səsləndirib: "Bizim üçün çox xoş gün oldu. Mustafa bəyin rəhbərliyi ilə bura gəldik. Çox gözəl, çox rahatdır. Prezident İlham Əliyevə də hədiyyə verilib. İnşallah bu avtomobillər Azərbaycanda da olacaq".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR