Bakı-Sumqayıt yolunda ardıcıl iki qəza - VİDEO

Bakı-Sumqayıt yolunda üzü Masazır istiqamətində eyni anda iki yol-nəqliyyat hadisəsi baş verib.

Qəzaların görüntüləri Metbuat.az-ın qaynar xəttinə daxil olub.

Belə ki, öncə "Mercedes Vito" ilə "Mitsubishi" markalı avtomobillər toqquşub. Yaranan tıxac səbəbindən həmin zamanda daha iki avtomobil - "Hyundai Accent" və "Opel" markalı maşınlar toqquşub.

Qəzalarada ölən və yaralanan olmayıb. Nəqliyyat vasitələrinə yüngül ziyan dəyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR