Putin ilə bağlı SENSASİON PROQNOZ: "Öləndən sonra Rusiyada..."

"Vladimir Putinin ölümündən sonra Rusiyada hakimiyyət sülh yolu ilə keçid etməyəcək".

Metbuat.az xəbər verir ki, bu fikirləri Almaniyanın BILD nəşrinin öz eksperti Julian Röpke deyib. O hesab edir ki, ölkədə demokratik təsisatların dağıdılması səbəbindən bu mümkünsüz olacaq.

Analitikin fikrincə, bundan əvvəl Rusiya prezidenti məqsədyönlü şəkildə bütün demokratları və mötədil müxalifətçiləri ölkədə sıxışdıraraq, onların getməsinə səbəb olub. Ona görə də Putinin ölümü və ya istefasından sonra onun hazırkı tərəfdaşları, çox güman ki, hakimiyyət uğrunda hakimiyyət mübarizəsinə başlayacaqlar.

Röpkenin qənaətinə görə, Rusiyada müdafiə naziri Sergey Şoyqu, “Qazprom”un rəhbəri Aleksey Miller və oliqarx Yevgeni Priqojin belə bir mübarizəyə hazırlaşırlar.

Röpke proqnozlarına görə, Putindən sonra Rusiyada hakimiyyət uğrunda amansız mübarizə baş verəcək. Hətta vəziyyət o qədər pisləşə bilər ki, vətəndaş müharibəsi kimi genişmiqyaslı münaqişə ilə nəticələnə bilər. Açıqlamasında ekspert hətta nüvə silahından istifadənin mümkünlüyünü də istisna etməyib.

Putindən sonra dünya

Rusiya müxalifətinin lideri İqor Yakovenko isə hesab edir ki, Rusiya elitası artıq Putindən sonrakı həyata hazırlaşmağa çoxdan başlayıb. Onun fikrincə, xalq arasında iğtişaşlar olmasa da hərbi qruplar arasında silahlı mübarizə olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı