ABŞ-də polis Florida ştatının bəzi küçələrində çoxlu meymunun göründüyünü bildirib.
Metbuat.az xəbər verir ki, polis xalqa heyvanlara uzaq qalmaq barədə xəbərdarlıq edib. Məlumata görə, Orange sitidə çoxlu meymuna rast gəlinib. Yerli dairələr ictimaiyyəta meymunlara yaxınlaşmamaq və onlara yem verməmək barədə xəbərdarlıq edib. Açıqlamada deyilir ki, meymunlarla rastlaşan sakinlər bu barədə məlumat verməlidir. Yerli mənbələrin məlumatına görə, Florida ştatında meymunların müşahidə edilməsi nadir hal sayılır. Meymunların insanlara hücum edə biləcəyi barədə xəbərdarlıq edilib.
Qeyd edək ki, Florida Balıq və Vəhşi Təbiəti Mühafizə Komissiyası 2017-ci ildə vəhşi meymunların qidalanmasına qadağa qoyulduğunu elan edib.