Musa Qurbanlı transfer iddialarına cavab verdi: Türkiyədən "Beşiktaş"...

Daha öncə Avropanın bir neçə klublarının Musa Qurbanlı ilə maraqlandığı ilə bağlı məlumat yayılmışdı.

Metbuat.az-ın məlumatına görə, Ağdam təmsilçisinin hücumçusu gələcək karyerası barədə açıqlama verib. Azərbaycan millisinin 21 yaşlı futbolçusu hələ ki, karyerasını xaricdə davam etdirmək istəmir:

"Hələ ki, Avropada oynamaq fikrim yoxdur. Bu məlumatı mətbuatdan öyrənmişəm".

Qeyd edək ki, daha öncə Türkiyədən "Beşiktaş", İtaliyadan "Torino" klublarının Musa ilə maraqlandığı bildirilirdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı