Zelenski Putini “terrorçu” adlandırdı: ”Danışıqlardan söhbət gedə bilməz”

Ukrayna prezidenti Vladimir Zelenski jurnalistlərə müsahibəsi zamanı Rusiya prezidenti Vladimir Putini terrorçu adlandırıb.

Metbuat.az xəbər verir ki, Ukrayna rəhbəri bildirib ki, tərəflər arasında danışıqlardan söhbət gedə bilməz.

O qeyd edib ki, Ukrayna prezidenti olanda o, sadəcə olaraq dialoq qurmağa çalışmayıb, əksinə tam miqyasda mürəkkəb geosiyasi problemlərin də həllinə çalışıb. Zelenski qeyd edib ki, bütün bunlara Rusiya tərəfi məhəl qoymamaqla bərabər təhdid yolunu seçiblər.

"Bu gün bu adamla, prezident Putinlə danışmaq mümkün deyil. Bizim hamımız üçün o, terrorçudur", - Zelenski vurğulayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı