“Putin bu qələbədən sonra müharibənin başa çatdığını elan edəcək” - İDDİA

“Kreml mayın 9-na kimi Baxmutu ələ keçirmək istəyir”.

Metbuat.az xəbər verir ki, bu barədə “RBC-Ukraine” yazıb. Nəşr iddia edir ki, Rusiya Federasiyasının prezidenti Vladimir Putin bu “qələbədən” sonra müharibənin başa çatdığını elan etmək niyyətindədir.

Məlumata görə, Kreml müharibənin başa çatdığını elan edəndən sonra Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində möhkəmlənə bilər. Əgər Moskva Ukrayna Silahlı Qüvvələrinin əks-hücumundan əvvəl bu ssenariyə əməl edərsə, o zaman Kiyevə dəstək verənlər qarşıdurma əvəzinə danışıqlara başlamaq üçün təzyiq göstərməyə başlayacaqlar. Bu da Ukrayna üçün mənfi nəticələr yarada bilər. Nəşr onu da izah edir ki, bütün bunların baş verməməsi üçün Ukraynanın vəzifəsi Baxmutu nəzarətdə saxlayaraqMoskvanın hansısa “qələbə” əldə etməsinə mane olmaqdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı