Məşqdə ehtiyatsızlıqdan ölən Fəridin və məşqçisinin görüntüləri - VİDEO

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə 2016-cı il təvəllüdlü Fərid Bakarov Avropa oyunlarının bürünc mükafatçısı, tanınmış idmançı Mehman Xəlilovun keçirdiyi cüdo idman növü üzrə keçirilən məşq zamanı ağır xəsarət alıb. Belə ki, M.Xəlilov azyaşlıya qarşı təhlükəli fənd işlədib və 7 yaşlı Fəridin başı bədəninin altında qalması səbəbindən boyunu qırılıb. Azyaşlı dərhal Sumqayıt Şəhər Uşaq Xəstəxanasına çatdırılsa da, vəfat edib.

Metbuat.az xəbər verir ki, sosial şəbəkələrdə hadisədən öncəki zamanlarda 7 yaşlı Fəridin məşqçisi ilə görüntüsü paylaşılıb.

Qeyd edək ki, Sumqayıt Şəhər Prokurorluğundan verilən məlumata görə, faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Mehman Xəlilov iş üzrə şübhəli şəxs qismində tutulub. İbtidai istintaq davam edir.

Həmin görüntüləri təqdim edirik:



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR