​Azərbaycanlı influenser, gənc iş adamı Sirac Bəyalizadə Hollivudun tanınmış simaları ilə bir arada

Azərbaycanlı İnfluenser və uğurlu gənc iş adamı Sirac Bəyalizadə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirirləcək nüfuzlu “Golden Wing Awards” layihəsində Azərbaycanı təmsil edəcək.

Ərəb dünyasının ən böyük və dəbdəbəli qala gecəsində Hollivudun və Yaxın Şərqin ulduzları və tanınmış simaları bir araya gələcək. İlin ən böyük Ərəb Gecəsində məşhur qonaqlar Hollivud üslublu qırmızı xalıdan ekstravaqant dəbli geyimlər ilə gəzəcəklər.

Dünyanın kifayət qədər tanınmış brendləri iş birliyi quran Sirac Bəyalizadə gecədə uğurlu fəaliyyəti ilə fərqlənən şəxslər arasında olacaq.

“Belə nüfuzlu gecədə iştirak etmək çox xoşdur. Dünyanın tanınmış simaları ilə bir yerdə olmaq gözəl hissdir. Belə tədbirlər yeni tanışlıqlar və əməkdaşlıq baxımından əla fürsətdir. İnanıram ki, Azərbaycanı bu layihədə uğurla təmsil edəcəm” , - deyə Sirac Bəyalizadə bildirib.

Qonaqları unikal konsepsiyalı unudulmaz dəbdəbəli “Armani” qala ziyafəti, ulduzların canlı çıxışları və möhtəşəm moda nümayişi gözləyir. Dünyanın ən yaxşı media və televiziyalar tərəfindən işıqlandırılan, tanınmış simaların yer aldığı tədbir təkcə ərəb dünyasında deyil, həm də beynəlxalq miqyasda trend olan hadisələrdən birinə çevriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR