Bu şəxslərə şəhid statusu verilsin - Deputatdan TƏKLİF

"ANAMA işçilərinin əmək haqlarının artırılması, onlara və ailə üzvlərinə güzəştlərin nəzərdə tutulmasını, həlak olan əməkdaşlarının isə şəhid statusuna bərabər tutulmasını təklif edirəm".

Metbuat.az xəbər verir ki, bu barədə deputat Razi Nurullayev deyib. Onun sözlərinə görə, bir ailə başçısını işğaldan azad olunan Qarabağda vəzifə borcunu yerinə yetirən zaman itirirsə, o zaman bu şəhidliyə bərabər tutulmalıdır:

"Tərtərdə ANAMA əməkdaşlarından üç nəfər avtomobillə hərəkətdə olarkən minaya düşüb və həyatlarını itirib. Çox ağır bir faciə oldu. Bu faciəvi ölüm ən ağır və ən təhlükəli işlə məşğul olan ANAMA və əməkdaşları ilə bağlı sosial qayğının, əmək haqqının, sığorta və onların ölümündən sonra özlərinə və ailə üzvlərinə hansı münasibətin sərgilənməsi məsələsini gündəmə gətirir. Burada bir neçə yanaşma ola bilər. Mənim ANAMA və əməkdaşları ilə yaxın münasibətim var, orada işləyən tanış və dostlarım var, onlar narahatlıq və fikirlərini mənimlə bölüşürlər. ANAMA əməkdaşlarının əmək haqqına gərək yenidən baxılsın, bir də onların ölümündən sonra şəhidlik statusunun verilməsi məsələsi gündəliyə çıxarılsın".

Qeyd edək ki, aprelin 28-də Tərtərin Talış kəndindən Tapqaraqoyunlu kəndi istiqamətində tank əleyhinə minanın partlayışı nəticəsində Yusifov Nadir Pənah oğlu, Gözəlov Səxavət İsmayıl oğlu və Sədiyev Fərid Mehman oğlu həlak olub. Hadisə nəticəsində həlak olmuş şəxslər "RPS Energy Ltd." şirkətinin əməkdaşları olub.

Faktla bağlı cinayət işi başlanıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı