Sabiq nazir Türkiyədə xəstələndi, əməliyyat olunacaq - FOTO

Sabiq Xarici işlər naziri, sabiq səfir Həsən Həsənov Türkiyədə xəstələnib.

Metbuat.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Rauf Arifoğlu məlumat verib. O deyib ki, H. Həsənovun vəziyyəti tədbirdə qəflətən pisləşib. Onu təcili yardımla "Medicana"(Bursa) xəstəxanasına aparıblar. Müayinələr nəticəsində bəlli olub ki, sabiq nazirin öd kisəsində problem var və əməliyyat olunmalıdır. Yaxınlarının istəyi ilə əməliyyat bu gün İstanbulda, xəstəxanalardan birində həyata keçiriləcək.

"Həsən Həsənovun səhhəti qənaətbəxşdir, biz onu təcili yardım məntəqəsində ziyarət etdik. Zarafatından qalmırdı və əhval - ruhiyyəsi yaxşı idi. Allah şəfa versin",- deyə Arifoğlu qeyd edib.

Qeyd edək ki, Həsən Həsənov Azərbaycan Respublikasının Polşada fövqəladə və səlahiyyətli səfiri (2010–2021), Azərbaycan Respublikasının Xarici İşlər Naziri (1993–1998), Azərbaycan SSR Nazirlər Sovetinin sədri (1990–1992) olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı