"Trendyol"dan Azərbaycan istifadəçiləri üçün YENİLİK

"Trendyol" Azərbaycan istifadəçilərinə yeni seçim şansı yaradıb.

Metbuat.az xəbər verir ki, alış-veriş saytında ""Trendyol" sifarişlerini artıq Azerbaycan adresində təslim alabilərsən" seçimi yer alıb.

Yeniliklə vətəndaşlar Azərbaycan nömrəsi ilə qeydiyyatdan keçərək sifarişi "Trendyol" saytından izləyə bilərlər.

Eyni zamanda, sifarişçi ünvan olaraq karqo şirkətinin deyil, ev ünvanı qeyd edərək məhsulu birbaşa evdə təhvil ala bilər.

Qeyd edək ki, indiyədək "Trendyol"un Azərbaycana birbaşa çatdırılma xidməti yox idi.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR