Aysun İsmayılova boşandı - FOTO

Müğənni Aysun İsmayılova boşanıb.

Metbuat.az xəbər verir ki, bu barədə müğənni özü məlumat yayıb: "Eşqin Cəlilov ilə ailə münasibətlərimiz alınmadığından qarşılılı razılığımız əsasında nikah münasibətimizə xitam verdik", - deyə o qeyd edib.

Bundan əlavə, müğənninin keçmiş həyat yoldaşı Eşqin də instaqramda paylaşım edib. O, nikahın pozulması haqda şəhadətnami paylaşaraq boşandıqlarını bildirib. Cəlilov paylaşımına “Filmin sonu” şərhini yazıb.

Qeyd edək ki, müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılovanın toyu ötən ilin iyun ayında olub. Eşqin Cəlilovla ailə quran Aysunun toyu dənizkənarı restoranların birində keçirilib. Bu, Aysunun birinci, Eşqinin isə ikinci evliliyidir. Belə ki, Eşqin daha öncə rus xanımla ailəli olub, ondan bir qız övladı var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı