Acay Banqa Dünya Bankının prezidenti seçildi

“Mastercard” şirkətinin keçmiş baş direktoru Acay Banqa Dünya Bankının (DB) yeni prezidenti seçilib.

Metbuat.az xəbər verir ki, bu barədə Dünya Bankı məlumat yayıb.

Bildirilib ki, Bankın İcraçı Direktorları bu gün Acay Banqanı 2023-cü il iyunun 2-dən başlayaraq beş illik müddətə Dünya Bankının prezidenti seçiblər.

Xatırladaq ki, 2019-cu il aprelin 5-də Dünya Bankının İcraçı Direktorlar Şurası Devid R.Malpassı Dünya Bankının 13-cü prezidenti seçib. Onun beş illik səlahiyyət müddəti həmin ilin aprelin 9-da başlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı