Bakı-Şamaxı yolunda faciəvi qəza: Ana öldü, qızı yaralandı - VİDEO

Bugün saat 10:17 radələrində Bakı-Şamaxı yolunun 21-ci km-də yol-nəqliyyat hadisəsi olub.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyevin Metbuat.az-a verdiyi məlumata görə, Allahverdiyev Vüqar Vahid oğlunun idarə etdiyi "İsuzu" markalı 77-JD-470 nömrə nişanlı yük avtomobili piyada zolağından yolu keçməkdə olan 1996-cı il təvəllüdlü Əzməmmədova Əfsanə Aydın qızını və onun 3 yaşlı qızı Əzməmmədova Aylin Murad qızını vurub. Nəticədə ana vəfat edib, azyaşlı qızı isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

"Bir daha bütün sürücülərdən xahiş edirik ki, yollarda sürət həddinə ciddi əməl etsinlər, sükan arxasında telefondan istifadə etməsinlər və piyada keçidlərinə yaxınlaşdıqda diqqətli olsunlar. Nəzərə alsınlar ki, yolda ani bir diqqətsizlik sonda ağır bir faciyəyə səbəb olur", - Rövşən Tağıyev bildirib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı