Azərbaycanda 12 milyon manata villa satılır - FOTOLAR

Qəbələdə 12 milyon manata villa satılır.

Metbuat.az xəbər verir ki, bu barədə elan saytlarında birində məlumat paylaşılıb.

Belə ki, Qəbələ şəhəri “Chenot palace health wellness” sağlamlıq mərkəzinin yanında yerləşən villa 500 sot torpağın içində tikilən, 1800 kv/m sahəsi olan dəbdəbəli mülk 2 mərtəbədən və 11 otaqdan ibarətdir.

Villa tam təmirli və əşyalarla təmin olunub. Həyətində dekorativ ağaclar və meyvə ağacları var. Evin qapalı və açıq hovuzu, saunası, kinoteatrı və idman zalı da var.

Mülkün sahibinin kimliyi bilinmir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR