Günün koronavirus mənzərəsi - Ölən yoxdur

Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.

Bu barədə Metbuat.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, son sutkada infeksiyaya 29 yeni yoluxma faktı qeydə alınıb və koronavirusa yoluxmuş 46 nəfər isə sağalıb. Xəstəlikdən ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 831 511 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 070 nəfər müalicə olunaraq sağalıb, hazırda 187 aktiv xəstə var. Bu günə qədər 10 254 nəfər vəfat edib.

Azərbaycanda daha 29 nəfər COVID-19-a yoluxub


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR