Cem Yılmazdan İradəyə gözlənilməz təklif - VİDEO

Uzun müddətdir ailəsi ilə birgə Türkiyədə yaşayan tanınmış müğənni İradə İbrahimova Cem Yılmazın film təklifini geri çevirməsindən danışıb.

Metbuat.az Olay.az-a istinadən xəbər verir ki, o, bu barədə “Xəzər axşamı” proqramında söhbət açıb. Sənətdən uzaqlaşan ifaçı bildirib ki, vaxtı ilə aktyorlar Cem Yılmaz və Zafer Algöz onu öz kinolarına çəkmək istəyib, lakin bu, baş tutmayıb:

“Cem Yılmaz və Zafer Algöz mənə dedilər ki, bir yer təşkil edək, sən orada canlı ifa et. Ceyhun (həyat yoldaşı Ceyhun İzər – red.) dedi ki, get, oxu. Sağ olsun, o, sənətçinin qarşısını kəsməyin doğru olmadığını bilir.

Ceyhun mənə qadağa qoymadı. Sadəcə olaraq, o zamanlar yeni ana olmuşdum, kənara çəkildim və özümə gəlməli idim. Amma indi də məndə bir az passivlik var. Hər zaman özümü bir qədər arxaya çəkirəm. Sənət dostlarım da deyir ki, İradə, Türkiyəni qoy orada, gəl Azərbaycana".

Qeyd edək ki, İradə İbrahimovanın "Neyləyək" mahnısını Cem Yılmaz və Zafer Algöz "Ali baba və 7 cücələr" filmində səsləndiriblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı