May ayının 8-i və 9-da Bakıda və Abşeron yarımadasında hava şəraiti yenidən kəskin pisləşəcək.
Metbuat.az xəbər verir ki, havanın temperaturu əvvəlki günlərə nisbətən 5-6 dərəcə aşağı düşəcək.
Mayın 8-i və 9-da paytaxtda güclü külək əsəcək. Mayın 9-da gecə saatlarında havanın temperaturu hətta 11 dərəcəyədək enəcək.
Mayın 10-dan isə havanın temperaturu yenidən 3-4 dərəcə isinəcək. Külək kəsəcək.