Kılıçdaroğlu çətin duruma düşdü - Qarşısındakı plakatdakı sözləri oxuyanda... / FOTO

Türkiyə müxalifətinin prezidentliyə namizədi Kamal Kılıçdaroğlunun Düzce rayonunda keçirdiyi mitinq zamanı diqqətçəkən hal yaşanıb.

Metbuat.az xəbər verir ki, Kılıçdaroğlunun mitinqində səhnə ilə üzbəüz binada plakat asılıb. Plakatda Kılıçdaroğlu ilə HDP-nin keçmiş həmsədri Səlahəddin Dəmirtaşın əl sıxarkən fotosu əks olunub. Plakatın zərində isə "Söylə, bu meydanda! "İqtidara gəlsəm, Düzcedə uşaqlarımızı şəhid edən HDPKK-nın həmsədri Səlahəddin Dəmirtaşı azad edəcəm deyə" ifadələri yer alıb. Kılıçdaroğlu isə bununla bağlı danışmayıb.

Qeyd edək ki, PKK Kamal Kılıçdaroğluna açıq dəstək verir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR