18 yaşda tanış oldular, sadə toyla evləndilər - Qalmaqallı baş nazir boşanır

Finlandiyanın Baş naziri Sanna Marin 19 ildir birlikdə olduğu əri Markus Raikkonendən boşanır.

Metbuat.az xəbər verir ki, 2020-ci ildə sadə toyla evlənən və 5 yaşında bir qızı olan Marin və Raikkonen boşanmaq üçün prosesi başladıb. “Bu gün birlikdə boşanmaq üçün məhkəməyə müraciət etdik. Birlikdə keçirdiyimiz 19 il və sevimli qızımız üçün minnətdarıq. Biz hələ də ən yaxın dost və mehriban valideynlərik” - cütlük birgə açıqlama verib.

Qeyd edək ki, Sanna Marin Markus Raikkonen hələ 18 yaşında olarkən tanış olublar. Sanna Marin Baş nazir seçiləndən sonra qalmaqallı rəqs videoları ilə gündəmə gəlmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı