Kılıçdaroğludan Rusiya barədə təəccüblü paylaşım - FOTO

Müxalifətin prezidentliyə namizədi Kamal Kılıçdaroğlu sosial mediada yayılan saxta məlumat və görüntülərlə bağlı açıqlama verib.

Metbuat.az xəbər verir ki, o saxta məlumatların Rusiya tərəfindən ortaya atıldığını iddia edib. Kılıçdaroğlu həm türk, həm də rus dilində paylaşdığı yazılı açıqlamasında qeyd edib:"Əziz rus dostlar, dünən bu ölkədə ortaya atılan montajların, oyunların, saxta məzmunların və kasetlərin arxasında siz dayanırsınız. Əgər mayın 15-dən sonra dostluğumuzun davam etməsini istəyirsinizsə, Türkiyə dövlətindən əl çəkin. Biz hələ də əməkdaşlıq və dostluq tərəfdarıyıq.

Qeyd edək ki, Türkiyənin Məmləkət partiyasının sədri, prezidentliyə namizəd, Muharrem İnce barəsində şantaj məlumatları ortaya atılıb. Muharrem İnce buna görə də namizədliyini geri götürdüyünü açıqlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı