Qubada narkotiklə bağlı 3 nəfər tutulub

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı silsilə əməliyyatlar keçirilib.

DİN-in Mətbuat xidmətinin Quba regional qrupundan Metbuat.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlanması, daşıması və satılmasında şübhəli bilinən Şamaxı rayon sakini Şahin Rüstəmov Quba rayonu ərazisində saxlanılıb. Həmin şəxsin üzərinə baxış keçirilən zaman 6 kiloqramdan artıq narkotik vasitə olan marixuana aşkar olunaraq götürülüb.

Keçirilmiş digər əməliyyat-axtarış tədbirləri zamanı isə rayon sakini Tural Süleymanov və Xaçmaz rayon sakini Xanlar Ağayev saxlanılıblar. Həmin şəxslərin üzərlərinə baxış keçirilən zaman xeyli miqdarda narkotik vasitə olan marixuana aşkar olunaraq götürülüb.

Faktlarla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə hər üç şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR