Ukrayna Dünya Bankından 132 milyon dollar alıb: Pul nəyə xərclənəcək?

Mayın əvvəlində Dünya Bankından 132 milyon dollar kredit alan Ukrayna həmin vəsaitləri “Kənd təsərrüfatına özəl investisiyaların sürətləndirilməsi” Proqramı layihəsi çərçivəsində nəzərdə tutulmuş tədbirlərin icrasına xərcləməyi planlaşdırır.

Bu barədə açıqlama verən Ukrayna maliyyə naziri Sergey Marçenko bildirib ki, vəsait Ukraynanın maliyyə sabitliyini qorumağa, prioritet xərclərin, xüsusən də aqrar sektorun qida sənayesindəki vəziyyətini yaxşılaşdırmağa və Ukraynanın ərzaq təhlükəsizliyini təmin etməyə imkan verəcək.

Qeyd edək ki, Dünya Bankı Ukrayna üçün yaxın zamanda 200 milyon dollar qrant vəd edib. Vəsait Ukraynanın enerji infrastrukturunun bərpasına sərf olunacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı