İllərdir efirə çıxmayan Xalq artisti Zemfira Nərimanovanın yeni fotoları yayılıb.
Metbuat.azxəbər verir ki, aktrisa çalışdığı Akademik Milli Dram Teatrının kollektivi ilə birlikdə Fəxri Xiyabana yollanaraq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib.
Qeyd edək ki, Zemfira Nərimanova illərdir heç bir yerə açıqlama vermir, efirlərə çıxmır. 62 yaşlı aktrisa Akademik Milli Dram Teatrında çalışır.
Xaricdən qayıtdıqdan sonra Xalq artisti heç yerdə görünməyib.
O, "Pəncərədə işıq", "Ordan-burdan", "Göz həkimi", "İtkin gəlin" kimi teletamaşalarda rol alıb.
Fotoda Zemfira Nərimanova - sağdan birinci