Zaqatalada məktəbdə baş verən yanğın söndürüldü - YENİLƏNİB

Zaqatala rayonu, Əliabad qəsəbəsində orta məktəb binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə Metbuat.az-a FHN-dən bildirilib.

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Zaqatala rayonu, Əliabad qəsəbəsində orta məktəb binasında yanğın olması barədə ilkin məlumat daxil olub.

Nazirlikdən Metbuat.az-a bildirilib ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR