İmamoğlunun seçki qutusundan Ərdoğan lider çıxdı

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun səs verdiyi seçki qutusundan Rəcəb Tayyib Ərdoğan lider çıxıb.

Metbuat.az xəbər verir ki, İmamoğlu Bəylikdüzüdəki litseydə prezident və parlament seçkiləri üçün səs verib. Bildirilir ki, seçki qutusandan ümumilikdə 316 səs çıxıb. 2 səs etibarsız sayılıb.

314 səsdən 163-nü Prezident Rəcəb Tayyib Ərdoğan, 138-ni Millət İttifaqının namizədi Kamal Kılıçdaroğlu, 12-ni Ata ittifaqının namizədi Sinan Oğan, 1-ni isə Məmləkət partiyasının lideri Məhərrəm qazanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı