Mənzillərlə bağlı mühüm qərar - İyunun 1-dən qüvvəyə minir

Daşınmaz əmlakın icbari sığortası ilə bağlı vətəndaşlara xəbərdarlıq edilməyə başlanılıb. Bu məqsədlə mənzillərə bildirişlər göndərilir.

Metbuat.az xəbər verir ki, evini sığorta etdirməyən vətəndaşlar isə cərimələnəcək.

Əslində bu, qanunvericilikdə daha əvvəldən nəzərdə tutulsa da tətbiq olunmurdu. Yeni elektron sistemin işə düşməsindən sonra sığortasız evlər avtomatik cərimələnəcək. Fiziki şəxslərə 30 manat, vəzifəli şəxslərə 80 manat, hüquqi şəxslərə isə 200 manat cərimə tətbiq ediləcək.

İyunun 1-dən işə düşəcək sistem həm əmlakın sığortalanması prosesini sadələşdirəcək, həm də əmlakın sığortalı olub-olmasına nəzarət imkanı yaradacaq.

Mənzillərin icbari sığorta məbləği Bakı şəhəri üzrə 50 AZN, Gəncə, Sumqayıt və Naxçıvanda 40 AZN, digər rayonlarda isə 30 AZN-dir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı