Azərbaycan vətəndaşı Belçikada itkin düşdü

Belçikada itkin düşən Azərbaycan vətəndaşı ilə bağlı axtarış aparılır.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, mayın 8-də Belçikada itkin düşən 1989-cu il təvəllüdlü Məmmədov Nizami İbrahim oğlu ilə bağlı Azərbaycanın Belçikadakı səfirliyinə də müraciət edilib.

Qeyd edək ki, Belçikanın paytaxtı Brüsseldə yaşayan Nizami Məmmədov sonuncu dəfə mayın 8-də paytaxtdakı klinikaların birinin yaxınlığında görülüb.

İtkin düşən şəxsin bacısı Sevil Abbasova APA-ya qardaşının bir müddət əvvəl avtomobil qəzasında kəllə-beyin travması alması, yaddaş itkisi və oruentasiya pozğunluğundan əziyyət çəkməsi barədə məlumat verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı