Özbəkistan Prezidenti Ərdoğanı təbrik etdi

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana zəng edib.

Metbuat.az xəbər verir ki, Mirziyoyev Ərdoğanı seçkilərin uğurlu keçməsi və nəticələri barədə təbrik edib. Özbəkistan lideri deyib ki, seçkilərin nəticələri xalqın Ərdoğanın siyasətinə dəstək verdiyini ortaya qoyur.

Qeyd edək ki, Türkiyə Mərkəzi Seçki Komissiyası prezident seçkiləri ilə bağlı yeni rəqəmləri açıqlayıb. Ölkə daxilindəki seçki məntəqələrinin 99,4 faizinin nəticələri hesablanıb.

Sayılan səslərə əsasən Rəcəb Tayyib Ərdoğan 49,40 faiz, Kamal Kılıçdaroğlu 44, 96 faiz, Sinan Oğan 5,20 faiz, Məhərrəm İncə 0,44 faiz səs yığıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı