​"Qalatasaray" PSJ-nin ulduz futbolçusunun razılığını aldı

"Qalatasaray" PSJ-də çıxış edən Renato Sançesi transfer etməyə çalışır.

Metbuat.az “Fanatik” qəzetinə istinadən xəbər verir ki, Türkiyə təmsilçisi artıq futbolçu ilə danışıqlar apararaq onun razılığını alıb. Bildirilir ki, futbolçunun "Qalatasaray"da forma geyinmək üçün iki şərti var. Renato Sançes "Qalatasaray"ın Türkiyədə çempion olmasını gözləyir. Futbolçunun digər şərti isə "Qalatasaray"ın Çempionlar Liqasına vəsiqə qazanmasıdır. Həmçinin futbolçunun hazırlıq səviyyəsi Türkiyə təmsilçisini qane edərsə, tərəflər müqaviləyə imza atacaq.

Qeyd edək ki, 2019-cu ildə "Lill"dən 15 milyon avroya PSJ-yə transfer olan Renato Sançes, zədə səbəbindən bir müddət forma geyinməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR