Rusiya ordusu Kiyevə hücum etdi

Rusiya qüvvələri Kiyevə raket və pilotsuz uçuş aparatları ilə hücumlar təşkil edib.

Metbuat.az xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi İdarəsi açıqlama verib. Bildirilir ki, raket və PUA-ların əksəriyyəti məhv edilib.

"İlkin məlumata görə, Kiyev hava məkanında düşmən hədəflərinin böyük əksəriyyəti aşkar edilərək məhv edilib. Raketlərin sayı və növü ilə bağlı məlumatlar yaxın vaxtlarda Hərbi Hava Qüvvələri tərəfindən açıqlanacaq", - məlumatda deyilir.

Kiyev meri Vitali Kliçko Rusiya qüvvələrinin hücumları nəticəsində Kiyevdə partlayışlar baş verdiyini bəyan edib. 3 nəfər yaralanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR