Çindən ABŞ-yə xəbərdarlıq - Ticarət müharibəsi səngimir

ABŞ tariflərdən istifadə etməklə Çinə təzyiq göstərməyə çalışır.

Metbuat.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyi belə bəyanat yayıb. Nazirliyin sözçüsü Lin Jian bildirib ki, Çin heç vaxt bu zorakılıq davranışa boyun əyməyəcək. ABŞ-nin tariflərdən istifadə edərək Çinə təzyiq göstərməyə çalışdığını qeyd edən Jian, Çinin buna səssiz qalmayacağını ifadə edib.

Qeyd edək ki, ABŞ Çindən gələn məhsullara 104 faizlik yeni tarif tətbiq edib. Ağ evin sözçüsü Karoline Leavitt 104 faiz əlavə gömrük rüsumunun Çinin ABŞ-yə cavab rüsumlarını qaldırmaması səbəbindən qüvvəyə mindiyini ifadə edib.Xatırladaq ki, ABŞ bundan əvvəl Çinə gömrük rüsümları tətbiq edəndən sonra Pekin də cavab vermişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı