"Kılıcdaroğlu sən qalib gəlmisən" - Seçki gecəsi Kamalı niyə "sevindiriblər?"

Türkiyədə seçkilərin olduğu gecə CHP-nin sədri, müxalifətin namizədi Kamal Kılıcdaroğluna yalan məlumatlar verilib.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, CHP-nin İstanbul təşkilatının başçısı Canan Kaftancıoğlu səslərlə bağlı Kılıçdaroğluna bilərəkdən yalan məlumatlar verib. O, Kılçdaroğluna onun irəlidə olduğunu irəli sürüb. Bildirilir ki, yalnış məlumatlar CHP-nin nümayəndələrinin də əsassız açıqlamalar verməsinə səbəb olub. Ekrem İmamoğlu və Mansur Yavaşın “Kamal Kılıçdaroğlu qalib gəlib” açıqlaması da bununla əlaqədardır.

Qeyd edək ki, bu məsələyə görə CHP informasiya və kommunikasiya texnologiyalarından məsul şəxsi Onursal Adıgüzel istefaya göndərilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı