Aynişan izləyicisini polisə verdi - FOTO

Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva ona təhqir yazan izləyicisini polisə verib.

Metbuat.az xəbər verir ki, bu barədə o, instaqram hesabında məlumat verib.

"10 gündür ki, səhifəmdə aşırı neqativ (təhqir) mesaj və şərhlər görürəm. Onlardan birini seçdim və təxmini beş dəqiqə əvvəl ərizə yazıb polisə şikayət etdim. Şəxsən tanış olmaq istəyirəm. Dərdini bilmək istəyirəm. Beş il öncədə belə bir hadisə yaşanmışdı. Polis həmin şəxsi tapıb gətirmişdi. Görüş nəticəsində ağlayaraq fanatımız olduğunu dedi. Hətta hicablı, dindar bir qadın idi. Bu, tanımadığı insana ləkə yaxa bilər. Başa düşürəm, bu aralar biraz daha aktivəm, amma bunu sizi niyə narahat etdiyini dərinliyinə kimi bilmək istəyirəm".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı