Ərdoğan barədə biabırçı paylaşım - Ədəbsizlik türkləri ayağa qaldırdı / FOTO

İslama və Türkiyəyə qarşı nifrət ifadələri ehtiva edən karikaturaları ilə dünyanı ayağa qaldıran Fransanın “Charlie Hebdo” jurnalı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla bağlı qalmaqallı karikatura dərc edib.

Metbuat.az xəbər verir ki, karikaturada “Bizi bundan ancaq taleyimiz xilas edəcək” başlığı yazılıb. Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın qalmaqallı karikatura ilə bağlı açıqlamasında jurnalı tənqid edib.

““Charlie Hebdo” bu qədər çıldırdığına görə... Düz yoldayıq” – İbrahim Kalın yazıb.

Qeyd edək ki, Türkiyə hökumətinin bir sıra rəsmiləri “Charlie Hebdo”ya etiraz edib. Sosial mediada da “Charlie Hebdo”ya etirazlar edilir.

Əlavə edək ki, karikatura çox ədəbsiz formada dərc edilib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı