İkinci turda kimə dəstək verəcəklər? - İnce qərarını açıqladı, Sinan Oğan isə...

Prezidentliyə namizədlikdən geri çəkilən “Memleket” partiyasının sədri Meherrem İncenin sədrliyi ilə toplantı keçirilib.

Metbuat.az Türkiyə mənbələrinə istinadən xəbər verir ki, partiya rəhbərliyi ikinci turda kimi dəstəkləyəcəklərini müəyyən etmək üçün toplaşıb. Məlumata görə, iclasda qərar verilib ki, partiya Rəcəb Tayyib Ərdoğana və Kamal Kılıcdaroğluna birbaşa dəstək verməyəcək.

Qeyd edək ki, prezidentliyə digər namizəd Sinan Oğan da hansı namizədi dəstəkləyici barədə qərar verəcək. İddia edilir ki, Meherrem İnceden fərqli olaraq Sinan Oğan namizədlərdən birinə konkret dəstəyini açıqlayacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı