DİQQƏT: Bu şəxslər 600 manat cərimələnəcək

Bəzi vətəndaşlar torpaq qanunvericiliyin tələblərini pozmaqla pay torpaq sahələrinin kənarına mühafizə məqsədilə kanal və xəndək qazırlar.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən Metbuat.az-a verilən məlumata görə, torpaqların təyinatı üzrə istifadəsi və onların mühafizəsi ilə bağlı keçirilən monitorinqlər zamanı torpaq qanunvericiliyinin tələblərinin pozulması hallarına rast gəlinir. Bunlardan biri də pay torpaq sahələrinin kənarına mühafizə məqsədilə kanal və xəndəklərin qazılmasıdır. Bu isə torpaqların münbit qatının korlanmasına, məhsuldarlığın azalmasına, torpaq qanunvericiliyinin pozulmasına səbəb olur. Belə hallara daha çox Oğuz, Masallı, Kürdəmir və Şəki rayonlarının ərazisində rast gəlinir.

İnzibati Xətalar Məcəlləsinin 244-cü maddəsinin 2-ci bəndinə əsasən, torpaqların (meşə fondu torpaqlarının) münbit qatının korlanmasına görə fiziki şəxslər 600 manatdan 1000 manatadək, vəzifəli şəxslər 2000 manatdan 3000 manatadək, hüquqi şəxslər 6000 manatdan 8000 manatadək məbləğdə cərimə edilir.

Torpaq Məcəlləsinin 12-ci maddəsinin 4-cü bəndinə əsasən, kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur, eləcə də bu Məcəllənin 48-ci maddəsinin 4-cü bəndinə əsasən, torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR