Ərdoğanın seçkilərlə bağlı həmləsi illər əvvəl səhnələşdirilib - VİDEO

Türkiyədəki seçkilərlə bağlı Prezident Rəcəb Tayyib Ərdoğana verdiyi dəstəklə gündəmə gələn HÜDA Par partiyasının sədri Zekeriya Yapıcıoğlu ilə bağlı maraqlı detal üzə çıxıb.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, illər əvvəl ən çox baxılan serial olan “Kurtlar Vadisi” serialındakı Memduh xaraketinin real həyatdakı Zekeriya Yapıcıoğlu ilə oxşarlıq təşkil etdiyi irəli sürülür. İddia edilir ki, rejissor bu rolu elə Zekeriya Yapıcıoğlunu örnək alaraq seriala daxil edib. Qeyd edək ki, serialda baş qəhrəman, dövlətinin maraqları uğrunda çalışan Polat xaraketi Memduhla əməkdaşlıq edir. Serialdakı Memduh xarakteri də dövləti üçün çalışır.

Əlavə edək ki, Rəcəb Tayyib Ərdoğan HÜDA Par partiyasının sədri Zekeriya Yapıcıoğlu ilə əməkdaşlıq etdiyinə görə müxalifət tərəfindən tənqid edilir. Bəzi müxalifətçilər HÜDA Par HDP-yə bənzədir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR